Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Kəlbəcərdə hərbçilərimizi daşıyan avtomobil qəzaya uğrayıb, ölən və yaralanan var

0

  • Kəlbəcərdə hərbçilərimizi daşıyan avtomobil qəzaya uğrayıb, ölən və yaralanan var.Bu barədə Hərbi Prokurorluğun Mətbuat xidmətindən bildirilib.Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus “Maz” markalı avtomobilin 22 iyul 2023-cü il tarixdə qəzaya uğraması, hərbi qulluqçular - baş əsgər Əliyev Emin Eldəniz oğlunun ölməsi və leytenant Hüseynov Əli İlyas oğlunun müxtəlif dərəcəli xəsarətlər alması faktı ilə əlaqədar Kəlbəcər Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.Hazırda Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.Mənbə: oxu.az
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib42 dəfə
    kəlbəcərdə hərbçilərimizi daşıyan avtomobil qəzaya uğrayıb ölən yaralanan var

    Maraqlı gələ bilər
    54
    174